Ukrayna ordusu Rusiya poliqonunu raketlə vurdu - Şimali Koreyadan gələn hərbçilər öldü

Ukrayna ordusu Donetsk vilayətinin işğal olunmuş hissəsində, Şimali Koreyadan (KXDR) “təcrübə mübadiləsi aparmaq üçün” gələn hərbçilərin olduğu təlim poliqonuna raket zərbəsi endirib.

Bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbə yerli teleqram kanallarına məlumat verib.

“Müdafiə Nazirliyindəki mənbələrimizə görə, fövqəladə hadisə Donetsk yaxınlığındakı poliqonlardan birində baş verib.

Təcrübə mübadiləsi çərçivəsində KXDR-dən gələn bir qrup zabitə əsgərlərimizin hücum əməliyyatlarına, müdafiəyə necə hazırlaşdığı və Amerika silahlarına necə müqavimət göstərdiyimiz göstərildi. Təəssüf ki, sınaq meydançasında raket hücumu olub. Ümumilikdə 20-dən çox hərbçi ölüb, onlardan altısı bizim dostlarımız, Şimali Koreyadan olan zabitlərdir”, - həmsöhbətlərdən biri bildirib.

KXDR-dən daha üç zabitin yaralandığı və müalicə üçün Moskvaya göndərildiyi iddia edilir./azpolitika.info