Oktyabrın 5-də gecə saat 23 radələrində Ucar şəhər sakini, 1973-cü il təvəllüdlü Ə.Məmmədovun yaşadığı evin qarşısında vəfat etməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a bildirib ki, məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.
İlkin xarici müayinə zamanı mərhumun üzərində heç bir xəsarət izi aşkarlanmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
**09:07
Ucar sakini naməlum şəraitdə ölüb.
Stopnarkotik.az-ın apa-ya istinadla xəbərinə görə, hadisə gecə saatlarında rayonun Heydər Əliyev prospektində baş verib. Təxminən 45-50 yaşlarında olan Əhliman adlı şəxsin avtomobil yolunun kənarında meyiti tapılıb.
Mərhumun hansı səbəbdən və hansı şəraitdə öldüyü məlum deyil.