“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatları təkzib edib.
O, bu barədə “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Mask qeyd edib ki, üç illik təsadüfi testlərdən sonra onun bədənində qadağan olunmuş maddələrin və alkoqolun izləri aşkar edilməyib.
Xatırladaq ki, ötən gün "The Wall Street Journal" qəzetinin məlumatına görə, "Tesla" və "SpaceX" direktorlar şuraları Maskın narkotik vasitələrdən istifadə etdiyini bildirmişdi.