Türkiyənin 50 əyalətində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara və cinayətkar dəstələrə qarşı keçirilən “Narkoçelik-38” əməliyyatı nəticəsində 316 şübhəli saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində 580 kq narkotik maddə, 121 min 970 ədəd narkotik tərkibli həb müsadirə edilib.