Türkiyəli nazirdən AÇIQLAMA: ZƏNGƏZUR DƏHLİZİ 2028-Cİ İLƏ HAZIR OLACAQ

Zəngəzur dəhlizi 2028-ci ilə qədər həyata keçirilə bilər,

Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib.

Nazir Türkiyə mətbuatına müsahibəsində dəhlizinin reallaşdırılması üzrə işlərin 2028-ci ilə qədər tamamlanacağına ümid etdiyini ifadə edib.

Uraloğlu xatırladıb ki, Zəngəzur dəhlizi Türkiyə üçün mühüm layihədir, çünki o, ölkənin türk dünyası ölkələri ilə birbaşa quru əlaqəsini təmin edəcək. Nazir son vaxtlar bu layihədə iştirakla bağlı Ermənistandan da müsbət mesajlar aldığını vurğulayıb:

"Marşrutun 43 kilometrlik hissəsi Ermənistan ərazisindən keçir. Onlar da öz növbəsində planlaşdırma və tenderlə bağlı prosesləri yekunlaşdırmalıdırlar".

Uraloğlu İranın da Zəngəzur dəhlizi layihəsində iştirakda maraqlı olduğunu vurğulayıb: "Türkiyə İranla danışıqları davam etdirir. Zəngəzur dəhlizi Türkiyə üçün vacibdir. İranın bu layihəyə qoşulmasına kömək edə bilərik".

Nazir xatırladıb ki, Türkiyə marşrutun öz ərazisindən keçən 224 kilometrlik hissəsində müvafiq infrastrukturun qurulması istiqamətində işləri davam etdirir. "İşlərin yaxın 5 ildə başa çatdırılması planlaşdırılır. Beləliklə, Zəngəzur dəhlizi layihəsi 2028-ci ilə qədər tam şəkildə həyata keçirilə bilər", deyə nazir bildirib.

Stopnarkotik.az