Türkiyənin III Liqasında keçirilən “Büyükçəkməcə Təpəcikspor” - “Darıca Gənclərbirliyi”(1:0) oyunundan sonra qonaq komandanın oyunçularına silahlı hücum olub.
Qeyd olunur ki, tribunada olan bir neçə silahlı şəxs oyundan sonra paltardəyişmə otağına yollanan “Darıca Gənclərbirliyi”nin ehtiyatda oturan futbolçularına atəş açıb.
İnsident nəticəsində beş futbolçunun xəsarət aldığı bildirilir.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır./oxu.az