Türkiyədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat KEÇİRİLDİ

Türkiyədə separatçı-terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından məlumat yayıb.

Onun sözlərinə görə, altı vilayətdə eyni vaxtda keçirilən “Qəhrəmanlar 30” əməliyyatı nəticəsində terrorçulara aid 63 sığınacaq məhv edilib, böyük miqdarda silah-sursat ələ keçirilib.

Silahlı pilotsuz uçuş aparatları, “Atak” helikopteri və bir çox digər hərbi texnikanın istifadə edildiyi əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin çox sayda əməkdaşı iştirak edib.

Əməliyyatların Şırnak, Siirt, Kahramanmaraş, Diyarbakır, Muş və Tunceli vilayətlərində keçirildiyi bildirilir.

Stopnarkotik.az