Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) MOSSAD-a qarşı əməliyyat keçirib.
Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyədə MOSSAD-ın maliyyə şəbəkəsini idarə etdiyi iddia edilən kosovalı Liridon Rexhepi həbs edilib.
Saxlanılan şəxs Türkiyədə İsrailin Kəşfiyyat Xidmətinin göstərişi ilə dron çəkilişi edən, fələstinli siyasətçilərə qarşı psixoloji əməliyyatlar həyata keçirən və Suriya sahəsində məlumatlar toplayan şəxslərə pul köçürürmüş.