Türkiyənin İsparta vilayətində iki hərbi təlim helikopterinin toqquşması nəticəsində həlak olanların sayı 6-ya çatıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
***13:42
Türkiyənin Isparta bölgəsində hərbi helikopter qəzaya uğrayıb.
Hadisə ilə bağlı Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Məlumata görə, Ordu Aviasiya Məktəbinə məxsus hərbi helikopter Keçiborlu rayon mərkəzində yanacaqdoldurma məntəqəsinin yanına düşüb.
Nazirliyin açıqlamasına görə, hadisə nəticəsində 5 əsgər şəhid olub.
"Ispartada təlim uçuşu həyata keçirən "UH-1" tipli helikopterlərimizdən biri qəzaya uğrayıb və 5 personalımız şəhid olub, biri isə ağır yaralanıb. Yaralı personalımız dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türkiyə Silahlı Qüvvələrimizə başsağlığı verir, yaralanan personalımıza da tezliklə şəfa diləyirik", - deyə açıqlamada bildirilib.
Isparta valisi Abdullah Erinin məlumatına görə, təlim uçuşu zamanı qəzaya uğrayan helikopterdə ölənlərdən biri aviasiya məktəbinin komandiri - general-mayor İsa Baydilli olub.
"Ordu Aviasiya Məktəbimizim komandiri paşamız da şəhid oldu", - deyə o bildirib.
Isparta valisi Abdullah Erin isə açıqlamasında iddia edib ki, hadisəyə səbəb iki helikopterin toqquşması olub:
"Keçiborluda Ordu Aviasiya Məktəbi var və orada müntəzəm olaraq təlim uçuşları həyata keçirilir. Təlim uçuşu zamanı iki helikopterlərin toqquşması nəticəsində biri qəzaya uğrayıb və düşüb".
***13:14
Türkiyənin İsparta vilayətində hərbi helikopter qəzaya uğraması nəticəsində 5 hərbçi ölüb, bir nəfərin axtarışı davam edir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə açıqlamanı Isparta valisi Abdullah Erin verib.
***12:39
İspartanın Keçiborlu rayon mərkəzində hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəzaya uğrayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Bildirilir ki, hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.