Türkiyədə fabrikdə çalışan 47 nəfər zəhərləndi

Türkiyənin Sakarya şəhərində bir fabrikdə kimyəvi maddədən yayılan qaz işçilərin zəhərlənməsinə səbəb oub.

Stopnarkotik.az ölkə.az -a istinadən xəbər verir ki, 47 nəfər təmizlik işləri zamanı istifadə edilən maye təmizləyici və ağartıcı qarışığından zəhərlənib.

Fabrikdə çalışan işçilər öskürək və tənəffüs çətinliyi ilə Sakarya Sadıka Sabancı Dövlət Xəstəxanasına müraciət edib. Hal hazırda onlar xəstəxanada müalicə olunur.

AFAD Kimyəvi, Bioloji, Radioloji və Nüvə Təhdidləri (KBRN) qrupları tərəfindən aparılan müayinədə işçilərin təmizlik işləri zamanı istifadə edilən mayelərdən təsirləndiyi müəyyən edilib.