Türkiyədə bina çökdü: yaralılar var

Türkiyədə bina çöküb.

Stopnarkotik.az TRT Haber-ə istinadən xəbər verir ki, Qaziantep şəhərində zəlzələdən sonra zədələnən bina çöküb.

Nəticədə 5 nəfər yaralanıb. Hazırda çökən binada axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, bu il Türkiyədə baş verən güclü zəlzələ Qaziantep şəhərinə də təsir edib.