Xəbər verdiyimiz kimi, Avropa Birliyi Narkotiklə Mübarizə Agentliyi (EUDA – Evropean Union Drugs Agency) 2025-ci il üzrə hesabatını açıqlayıb.
Stopnarkotik.az agentliyin saytına istinadən xəbər verir ki, illik hesabatın hazırlanmasında Avropa İttifaqına üzv dövlətlər, o cümlədən namizəd ölkə olan Türkiyə və Norveç tərəfindən quruma təqdim edilən məlumatlardan istifadə olunur.
Sintetik narkotiklərin dövriyyəsi dünyada yayılmaqdadır. O cümlədən sintetik narkotiklərin inyeksiya yolu ilə qəbulu da Avropada istifadəçilər arasında get-gedə artmaqdadır. Finlandiya (77%), Estoniya (73%) və İsveç (72%) daxil olmaqla bir neçə ölkədə amfetamin inyeksiyası geniş yayılmış qəbul üsuludur.
2023-cü ildə Avropada narkotik asılılığı müalicəsi üçün müraciət edən amfetamin istifadəçilərinin təxminən 5%-i (ən son mövcud məlumatlar) əsas qəbul yolu kimi inyeksiya etdiyini, 67%-i isə buruna çəkərək iyləməklə nəfəs aldığını, 10%-i siqaret kimi çəkdiyini və 18%-i həb kimi ağızdan qəbul etdiyini bildirib. Altı ölkə (Belçika, Almaniya, Macarıstan, Hollandiya, Polşa və İspaniya) amfetamindən müalicə üçün bütün müraciət təxminən 80%-ni təşkil edib.
2023-cü ildə 13 AB üzv dövləti və Norveçin 19 şəhərində aparılan 3276 istifadə olunmuş şprisin təhlili göstərib ki, ümumilikdə şprislərin yarısında iki və ya daha çox narkotik növünün qalıqları var. Ən çox yayılmış kombinasiya opioidlər və stimulyatorlar olub. Tədqiqatlara görə, sintetik katinonlar ən çox Budapeştdə (69%), Parisdə (65%), Madriddə (46%) və daha az dərəcədə Amsterdamda (15%) və Helsinkidə (14%) aşkar edilib. Tədqiqatın aparıldığı şəhərlərdə ümumilikdə 13 fərqli narkotik katinon növü müəyyən edilmişdir ki, ən çox aşkar edilənlər 3-CMC(Karboksimetilsellüloza-yapışqanın istehsalında istehsal olunur), N-etilnorpentedron, mefedron, 4-CMC(E466) və alfa-PVP olmuşdur.
Praqadan gələn şprislərin əksəriyyətində (66%) və Afinadan gələn şprislərin dörddə birində (25%) metamfetamin aşkar edilmişdir. Tallində (67%) və Osloda (52%) şprislərin əksəriyyətində amfetamin aşkar edilmişdir.
Sintetik narkotiklərin verdiyi zərər
15 AB üzvü dövlətində və Norveçdə yerləşən 21 ədəd “Euro-DEN Plus” xəstəxanasının məlumatlarına görə, 2023-cü ildə amfetamin ümumilikdə ən çox istifadə edilən dördüncü maddə olmuşdur. Kəskin toksiklik hallarının 11%-də (718) amfetamin səbəb olmuşdur.
Metamfetamin 2023-cü ildə “Euro-DEN Plus” proqramında iştirak edən 18 xəstəxanada aşkar edilmiş və kəskin narkotik intoksikasiyası hallarının 2,4%-də -163 hadisədə olub. 2022-ci ildə 2,1% faiz olub.
2023-cü ildə 10 Aİ üzv dövlətində və Norveçdə yerləşən “Euro-DEN Plus” proqramında iştirak edən 13 xəstəxanada katinonların olması bildirilmişdir. Katinonlar kəskin narkotik intoksikasiyası hallarının 1,5%-də görülüb. 2023-cü ildə sintetik katinon 3-MMC(-metilmetkatinon-metafedron) “Euro-DEN Plus” proqramında iştirak edən dörd xəstəxanada 30 kəskin narkotik intoksikasiyası halı ilə bağlanıb. Ən çox hal Belçika xəstəxanalarında (Antverpen və Gent) bildirilmişdir.
2023-cü il üçün ölüm sonrası məlumatları mövcud olan 21 Aİ Üzv Dövlətindən 19-da MDMA da daxil olmaqla, hər hansı bir amfetamin tipli stimulyatorla əlaqəli 907 narkotiklə əlaqəli ölüm hadisəsi qeydə alınıb.
2023-cü ildə yeddi ölkədə sintetik katinonların istifadəsi ilə bağlı 39 ölüm hadisəsi qeydə alınıb. Bu, minimum qiymətləndirmədir, çünki bəzi ölkələrdə bu maddələr adi ölüm sonrası toksikologiya təhlilində sistematik şəkildə aşkarlanmaya bilər. 2023-cü ildə Aİ Üzv Dövlətləri 10,2 ton (2022-ci ildə 7,1 ton) təşkil edən 30.000 amfetamin ələ keçirdiyini bildirib. Türkiyədə təxminən 3,5 ton (2022-ci ildə 6 ton), o cümlədən "kaptaqon" etiketli təxminən 14 milyon tablet (2022-ci ildə 24 milyon) ələ keçirilib. Pərakəndə satış səviyyəsində amfetaminin orta saflığı son on ildə nəzərəçarpacaq dərəcədə -88% artıb, orta qiymət isə azalıb -19% ucuzlaşıb. 2023-cü ildə Aİ üzv dövlətləri 1,8 ton (2022-ci ildə 1,4 ton) təşkil edən 9800 metamfetamin müsadirəsi barədə məlumat verib. Türkiyə 2023-cü ildə 11,5 ton və 10415 litr (2022-ci ildə 15,8 ton və 383 litr) təşkil edən 65800 metamfetamin müsadirəsi barədə məlumat verib. Metamfetaminlərin orta saflığı 2013-2020-ci illər arasında 30% artıb. O vaxtdan metamfetamin saflığı bəri azalıb və 2023-cü ildə 2013-cü illə müqayisədə 16% yüksək olub.
Stopnarkotik.az