Türkiyə yığmasının üzvü "bozqurd" işarəsi göstərməsindən danışdı

Türkiyə yığmasının üzvü Merih Demiral Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə aydınlıq gətirib.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı oyunçu Avstriya yığmasının qapısına vurduğu qolu bu cür qeyd etməsinin səbəbini izah edib:

"Daha əvvəl tribunalarda da belə bir əl hərəkəti görmüşdüm. Türk olmaqdan qürur duyuram və bunu hər dəfə dilimə gətirməkdən çəkinmirəm. Qol sevincini də bu səbəbdən həmin əl işarəsi ilə qeyd etdim. Düşünürəm ki, hər şey normaldır. Azarkeşlərimiz bizimlə fəxr edir. İnşallah, alınsa, yenə bu cür sevinməyə davam edəcəyik".

Qeyd edək ki, UEFA futbolçunun hərəkətinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir.