Türkiyə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat: 147 nəfər yaxalandı - YENİLƏNİB

Türkiyənin 30 şəhərində İŞİD-ə qarşı əməliyyatlar keçirilib.

Stopnarkotik.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyatlar zamanı 147 şübhəli şəxs saxlanılıb.

***11:18

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Stopnarkotik.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı fəaliyyət göstərdiyi müəyyən edilib.

Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini saxlayıb.

Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.