Türkiyə sərhədinə 16 kilometr yaxınlıqda yerləşən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb edir.
Stopnarkotik.az xəbər verir ki, bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında Beynəlxalq Atom Enerjisi Agentliyinə Metsamor AES ilə bağlı tədbir görülməsi tələbi ilə müraciət edilib.Buna səbəb stansiyanın istismar müddətinin bitdiyi üçün yaratdığı risklərdir.
Məlumata əsasən, vətəndaşlardan parlamentə daxil olan ərizə və şikayətləri təhlil edən Türkiyə Böyük Millət Məclisinin Müraciət Komissiyasına atom elektrik stansiyasının yaratdığı risklərə qarşı tədbir görülməsi tələbi daxil olub.
Türkiyə Xarici İşlər Nazirliyi qeyd edib ki, MAQATE və Avropa Birliyi zavodun təhlükəsizlik statusunun müasir texniki standartlara cavab vermədiyini müəyyən edib.