Tramp “Marixuana qaydaları”nı yüngülləşdirməyə hazırlaşır. Stopnarkotik.az bu barədə “Axios” istinadla xəbər verir.
Tramp administrasiyası 2026-cı ilin əvvəlində marixuananı daha az təhlükəli narkotik kimi yenidən təsnif etməyi planlaşdırır. Təxminlərə görə, marixuana istifadəsinin tənzimləməsini azaldacaq, bu bitki üzrə tibbi tədqiqatların genişləndirilməsinə imkan verəcək və kannabis sənayesi şirkətləri üçün vergi güzəştləri təmin edəcək.
Söhbət ondan gedir ki, bu addımla marixuana heroinlə eyniləşdirildiyi I-ci Cədvəldən sui-istifadə potensialının aşağı olduğunu göstərən III-cü Cədvələ köçürüləcək.
Dəyişiklik federal səviyyədə istirahət məqsədli istifadəni leqallaşdırmayacaq, lakin ştatlararası ticarəti sadələşdirəcək və müəssisələrə vergi yükünü azaldacaq.
“Gallup” yazır ki, amerikalıların 64%-i leqallaşdırmanı dəstəkləyir. Bu isə on il əvvəlkindən bu yana mühüm artımdır.
Stopnarkotik.az