Tramp Pentaqona əmr verdi: ABŞ ordusu narkokartellərə qarşı rəsmi savaşa girir

Prezident Trampın Pentaqonun Latın Amerikasının narkokartellərinə qarşı hərbi güc tətbiq edə bilməsi üçün əmr imzaladı.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb. Trampın bu əmri xarici terror təşkilatları kimi tanınan narkokartellərə qarşı imzalanıb.

“The New York Times” yazdığına görə, Tramp kriminal təşkilatlarına qarşı potensial hərbi əməliyyatlara haqq qazandıran əmri gizli imzalayıb.

“The Times” yazıb ki, ABŞ ordusu artıq kartellərlə mübarizə üçün fəaliyyət planları hazırlamağa başlayıb. Bununla belə, bu qruplara qarşı hər hansı birtərəfli zərbələr birbaşa təhlükə yaratmayan və ya Konqresin hərbi əməliyyatlara icazə verdiyi münaqişədə iştirak etməyən insanları öldürərsə, hüquqi problemlər də yarada bilər.

Ağ Evin mətbuat katibi Anna Kelli “The Hill”ə verdiyi açıqlamada, "Prezident Trampın əsas prioriteti vətəni qorumaqdır, buna görə də o, bir neçə kartel və bandaları xarici terror təşkilatları adlandırmaqla  cəsarətli addım atdı" dedi.

Tramp prezidentliyə başladıqdan sonra bir neçə narkotik kartelini xarici terror təşkilatları olaraq tanıyan və hüquq-mühafizə orqanlarına onların fəaliyyətini pozmaq üçün daha çox imkan verən sərəncam verdi. May ayında prezident narkotik kartelləri ilə mübarizə üçün Meksikaya ABŞ əsgərlərini göndərməyi təklif etdiyini təsdiqlədi, lakin Meksika prezidenti Klaudiya Şeynbaum Pardo bu təklifi rədd etdi.

 "Biz əməkdaşlıq edə bilərik. Biz birlikdə işləyə bilərik. Amma siz öz ərazinizdə, biz isə öz ərazimizdə", Şeynbaum o zaman deyib. "Biz məlumat paylaşa bilərik, lakin heç vaxt ABŞ ordusunun ərazimizdə olmasına icazə verməyəcəyik", deyən Şeybaum və digər dövlət rəsmilərinin narkokartellərlə əməkdaşlıq etdiklərinə dair məlumatlar, iddialar paylaşılıb.  

Bu sərəncam dənizdə və digər ölkələrin ərazisində narkokartellərə qarşı hərbi əməliyyatların aparılmasının mümkünlüyünü rəsmən təsdiqləyir. NYT-nin məlumatına görə, hərbi gücdən istifadə ideyası respublikaçılar arasında kök salıb və Trampın seçki kampaniyasında əsas fikirlərdən biri olub. Tramp seçkiqabağı çıxışlarının birində narkokartellərə müharibə elan etmək üçün xüsusi təyinatlılardan istifadə edəcəyinə söz verib. O, artıq yanvar ayında bu məsələni qaldırmışdı. Daha sonra o, ABŞ ordusunun Meksikada narkotik kartellərinə qarşı istifadə olunacağını istisna etməyib. Prezidentin sözlərinə görə, “insanlar bunu illərdir gözləyirdilər”. "Meksika yəqin ki, bunu istəməyib, amma biz bunu etməliyik. Onlar bizim insanlarımızı öldürürlər", respublikaçılar deyib. Onların sözlərinə görə, narkotiklər hər il 250-300 min amerikalının ölümünə səbəb olur.

Stopnarkotik.az