Kanada baş naziri Justin Trudeau 9 ildən sonra istefasını açıqlayıb.
Stopnarkotik.az xəbər verir ki, 53 yaşlı Trudeau 2015-ci ildən bəri bu vəzifədə idi.
O deyib ki, Liberal partiyası yeni lider seçənədək vəzifədə olacaq, amma parlament martın 24-dək bağlı qalacaq.
Trudeau həmçinin bildirib ki, partiyadaxili mübahisələrə görə yeni seçkiyə qatılmayacaq.
Kanada bu ayın 20-də vəzifəsinə başlayacaq Donald Trampın iqtisadi təhdidlərinə görə çətin siyasi vəziyyətdə idi.
Tramp mühacir problemi və narkotik ticarətinə görə gömrük vergisini 25 faiz artıracağı ilə Kanadanı təhdid edib.
Stopnarkotik.az