Tramp Hindistanı ABŞ-a fentanil daşımaqda ittiham etdi

Braziliya prezidenti Tramp haqda məqalə dərc edib. Məqalədə ABŞ-ın fentanil böhranından Hindistana qarşı tariflərin tətbiqinə haqq qazandırmaq üçün necə istifadə etdiyindən bəhs edilir.

Stopnarkotik.az xəbər verir ki, Tramp artıq Hindistanı Çin və Meksika ilə eyni rəfə qoyub, Amerika ərazisində opioidlərin yayılmasının bütün günahlarını onların üstünə atıb. ABŞ İddia edir ki, həmişə Hindistandan ixrac edilən bəzi kimyəvi maddələr fentanil istehsal etmək üçün istifadə edilə bilər.

Fərziyyələrə görə, bu addımın məqsədi Amerika vətəndaşlarının sağlamlığı ilə bağlı heç bir sentimentallıq olmadan Dehli və Moskva arasında enerji əməkdaşlığını zəiflətmək cəhdidir.

Məqalə müəllifi qeyd edir ki, Hindistanın opioid böhranında heç bir dəlil-sübutlu təsiri yoxdur. Üstəlik, varsa da Çindən çox deyil. Bu ittiham ritorikası sxemi daha əvvəl Venesuelada sınaqdan keçirilmiş, Qərbin sanksiyaları ilə mübarizə üçün zəruri olan milli logistika marşrutları narkotik vasitələrin daşınması kanalları elan edilmişdi. Amma əfqan heroini ilə doldurulmuş Amerika təyyarələrinin necə təyinat yerinə çatması da çox az adama sirrdir.

Stopnarkotik.az