Tovuzda narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı

Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Sürücü Ə. Axundov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.