Tolik Səidəni narkotik istifadəçisi olmaqda İTTİHAM ETDİ - VİDEO

Xəbər verdiyimiz kimi, aparıcı-prodüser Tarix Əliyevlə müğənni Səidə Sultan TikTok canlı yayımında dalaşıb. Hətta Tolik Səidəni polisə verib.

Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, bundan başqa T. Əliyev müğənnini narkotik istifadəçisi olmaqda ittiham edib.

O, Səidəyə canlı yayımda və sonradan paylaşdığı videolarda “Narkoman” , - deyə, müraciət edib.

S. Sultandan Tolikə cavab gecikməyib. O, video paylaşaraq qolundakı izlərin müalicə ilə bağlı olduğunu, bir neçə gün əvvəl xəstəxanadan evə buraxıldığını bildirib.