Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Stopnarkotik.az-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
***10:51
Bakıda qətl hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə fevralın 21-də Şüvəlan qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini 1982-ci il təvəllüdlü İqor Lisenko münaqişə zəminində həmyerlisi 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqla öldürüb.
İ.Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.