ABŞ ordusu narkotik daşıyan daha bir gəmini vurdu - ÖLƏNLƏR VAR

ABŞ hərbçiləri cümə günü Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılarına məxsus olan gəmiyə zərbə endirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

Kəşfiyyat məlumatlarına əsasən, gəmi Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrutlarla hərəkət edib və narkotik daşınmasında istifadə olunub.

Məlumata görə, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.