"Unitaz oturacağından kokain iyləmişəm" - NAZİRDƏN ŞOK ETİRAF

ABŞ-ın səhiyyə naziri Robert Kennedi Alzheimer xəstəliyindən qorxmadığını bildirib.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Kennedi bunun səbəbini vaxtilə "unitaz oturacaqlarından kokain iyləməsi” ilə əlaqələndirib.

O, bu barədə amerikalı komediyaçı Teo Vonun podkastında açıqlama verib.

Aparıcı ilə söhbətində Kennedi deyib: “Heç bir mikrobdan qorxmuram, çünki əvvəllər tualet oturacaqlarından kokain iyləmişəm”.