TƏBİB sədri vəzifəsindən uzaqlaşdırılan Vüqar Qurbanovdan AÇIQLAMA / YENİLƏNİB 1

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq rəhbəri Vüqar Qurbanov tutduğu vəzifədən kənarlaşdırılması barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

Stopnarkotik.az xəbər verir ki, keçmiş icraçı direktor qeyd edib ki, qurumun Müşahidə Şurası tərəfindən qəbul edilən qərara hörmətlə yanaşır.

"TƏBİB-də çalışdığım müddət ərzində başlıca hədəfimiz əhaliyə təqdim olunan tibbi xidmətlərin səviyyəsini yüksəltmək olub. Bu işdə əziyyəti olan hər kəsə minnətdarlığımı çatdırıram", - deyə o, paylaşımında vurğulayıb.

***15:17

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

***14:48

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.

Stopnarkotik.az “Bakupost”a istinadən xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Qeyd edək ki, V.Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi.