Argentinanın San Xuan əyalətində meşə yanğınlarına hazırlıq təlimi zamanı “Bell 412” tipli helikopter qəzaya uğrayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.
Qəza nəticəsində helikopterdə olan 7 nəfər həyatını itirib. Ölənlər arasında San Xuan əyalətinin Mülki Müdafiə Xidmətinin direktoru, yanğınsöndürmə xidmətinin rəisi və polis rəisinin müavini də var.
Qəzanın səbəbi hələlik məlum deyil. Faktla bağlı ara şdırma aparılır.