Mehriban Əliyevadan Almaniyada təxribat xarakterli suala ŞOK CAVAB

Almaniyada Münxen Təhlükəsizlik Konfransında iştirak edən Mehriban Əliyeva təxribatçı suala sərrast cavabı ilə gündəmə gəlib.

Stopnarkotik.az xəbər verir ki, Avropada yaşayan antimilli jurnalist Emin Hüseynov “demokratiya barədə sual” bəhanəsilə Mehriban Əliyevaya müraciət edib.
Xanım Əliyeva ona “siz qadın paltarında səfirlikdə gizlənən insansınız” deyərək yerindəcə susdurub.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev də konfransda təxribat törətmək üçün dolaşan Emin Hüseynovu mükəmməl cavabı ilə susdurmuşdu. 
Xatırladaq ki, Emin Hüseynov Azərbaycanda yaşadığı vaxt həbs olunmaq qorxusu ilə İsveçrə səfirliyində gizlənmiş, sonra bu dövlətin vasitəçiliyi ilə ölkədən çıxarılmasına icazə verilmişdi.

Stopnarkotik.az