13-14 fevral tarixlərində Ermənistanda “Sülh naminə körpü” təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa keçiriləcək.
Tədbirdə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.
Erməni KİV-in məlumatına görə, Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurlardan keçərək quru sərhədinin demarkasiya olunmuş və işarələnmiş hissəsindən keçərək Ermənistana gedib.
Müzakirələr zamanı Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə görüşündə müəyyən edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalarda regional təhlükəsizlik arxitekturasının formalaşması, sülhün faydaları, iki cəmiyyət arasında münasibətlərin qurulması ilə bağlı ictimai rəy, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlaşma və etimadın gücləndirilməsində vətəndaş cəmiyyətinin rolu müzakirə olunacaq.
Azərbaycan tərəfinin iştirakçıları:
Fərhad Məmmədov - Cənubi Qafqaz Tədqiqat Mərkəzinin koordinatoru, direktoru
Rusif Hüseynov – Topçubaşov Mərkəzinin direktoru
Kəmalə Məmmədova – 1news.az onlayn nəşrinin baş redaktoru
Ramil İskəndərli – Milli QHT Forumunun İdarə Heyətinin sədri
Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi
Könül Bədəlova – İqtisadi İslahatlar və Kommunikasiya üzrə Analitik Mərkəzin tədqiqatçısı
Zaur Şiriyev – Karnegi Rusiya və Avrasiya Mərkəzinin eksperti
Murad Muradov – Topçubaşov Mərkəzinin direktor müavini
Aytən Qəhrəman – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi
Rauf Ağamirzəyev – nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü
Gülbəniz Qənbərova – "Kənd İcmaları Qadınları Assosiasiyası" QHT-nin prezidenti
Nəzrin Əliyeva – "İnsan Hüquqlarına Dəstək Mərkəzi" QHT-nin nümayəndəsi
Eldar Həmzəli – tədqiqatçı, müstəqil ekspert
Sənan Rzayev – CBC TV-nin redaktoru və aparıcı siyasi şərhçisi
Gülşən Axundova – "Qadınlar, İnkişaf, Gələcək" QHT-nin prezidenti
Emin Əliyev – TREND Beynəlxalq Xəbər Agentliyinin baş redaktoru
Orxan Babayev – Cənubi Qafqaz Tədqiqat Mərkəzinin əməkdaşı
İlyas Hüseynov – Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri
Fuad Ağamalıyev – CBC Telekanalının Mühəndislik və Texniki şöbəsinin müdiri
Ermənistan tərəfinin iştirakçıları:
Areq Koçinyan – Milli Koordinator, “Erməni Şurası” Analitik Mərkəzinin prezidenti
Boris Navasardyan – Yerevan Mətbuat Klubunun fəxri prezidenti
Naira Sultanyan – Demokratiyanın İnkişafı Fondunun direktoru
Narek Minasyan – “Erməni Şurası” Analitik Mərkəzinin ekspert köməkçisi
Samvel Meliksetyan – “Erməni Şurası” Analitik Mərkəzinin eksperti
Stepan Qriqoryan – “Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzi” Fondunun İdarə Heyətinin sədri
Edqar Vardanyan – “Erməni Şurası” Analitik Mərkəzinin ekspert köməkçisi
Robert Gevondyan – “Erməni Şurası” Analitik Mərkəzinin eksperti
Lusine Xaratyan – yazıçı, mədəni antropoloq
Nelly Minasyan – Tarix elmləri namizədi, dosent, türkoloq
David Stepanyan – 1in.am saytının siyasi şərhçisi, Ermənistan Beynəlxalq Təhlükəsizlik və Münasibətlər İnstitutunun eksperti
Ruben Babayan – Yerevan Dövlət Kukla Teatrının bədii rəhbəri
Eleanor Sarkisyan – sülh və gender məsələləri üzrə ekspert, gənclər proqramları koordinatoru
Naira Martikyan – JAMnews-un Ermənistan ofisinin redaktoru, direktoru
Vazgen Karapetyan – Avrasiya Tərəfdaşlıq Fondunun direktor müavini
Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının Siyasi Proqramlar üzrə baş redaktoru, aparıcı
Armen Petrosyan – Orbeli Mərkəzinin regional siyasət üzrə eksperti
Alen Əmirxanyan – Amerika Universitetinin Yokebean Ətraf Mühit Mərkəzinin direktoru
Nelly Rafaelyan – Media Təşəbbüsləri Mərkəzinin jurnalisti
Jirayr Habetyan – Ermənistan İctimai Televiziyasının operatoru
Ağarza Elçinoğlu