ABŞ Prezidenti Donald Tramp İrandan birbaşa və ya dolayı yolla mal və xidmətlər alan ölkələrə qarşı əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan sənəddə qeyd olunur ki, İran hökumətinin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid olaraq qalır.
Sərəncama əsasən, İrandan mal və ya xidmət alan ölkələrdən ABŞ-a idxal olunan məhsullara əlavə gömrük rüsumları, o cümlədən 25%-dək rüsum tətbiq olunur.