ABŞ Karib dənizində narkotik vasitələri daşıyan gəmiyə zərbə endirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat verib.
"Kəşfiyyat gəminin Karib dənizində məlum narkotik qaçaqmalçılığı marşrutlarında hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə olunduğunu təsdiqləyib", - paylaşımda deyilir.
Qeyd olunur ki, zərbə nəticəsində üç nəfər ölüb. Amerikanın heç bir hərbi qulluqçusu xəsarət almayıb.