Çimərlikdə vətəndaşların telefonlarını oğurlayan şəxsə hökm oxundu

Pirşağı qəsəbəsində fəaliyyət çimərlikdə 5 nəfərin telefonunu oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub. 

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə mühakimə olunan Ramin İbişov (şərti) 2 il müddətinə azadlıqdan məhrum edilib. 

İş materiallarından aydın olur ki, ötən ilin avqustunda çimərlikdə "istirahət" etməyə gələn Ramin İbişov müxtəlif üsullarla vətəndaşlara məxsus mobil telefonları oğurlayıb. Zərəçəkmişlərə ümumilikdə 5900 manat ziyan dəyib. 

Ramin İbişov məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə o da aydın olub ki, zərərçəkmişlərə vurulmuş ziyan ödənilib. Onlar təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildiriblər.