Meksika prezidenti xalqa çağırış etdi

Meksika Prezidenti Klaudiya Şeynbaum xalqa müraciət edib. 

Stopnarkotik.az xəbər verir ki,  onun müraciəti "X" platformasında yayımlanıb. 

Meksika lideri ölkənin ən çox axtarılan narkotik baronu və Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri  "El Menço" ləqəbli Nemesio Oseguera Servantesin öldürülməsindən sonra başlayan zorakılıqlar fonunda sakitliyə çağırıb. 

"Bütün ştat hökumətləri ilə tam koordinasiya içindəyik, məlumatlı qalmalı və sakitliyimizi qorumalıyıq. Meksika ordusuna, Milli Qvardiyaya, Silahlı Qüvvələrə və Təhlükəsizlik Kabinetinə təşəkkürümü bildirirəm”, - deyə Şeynbaum yazıb.