Narkomafiya hökumətə ultimatum verdi: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik’”

Meksika ordusunun ötən gün öldürdüyü narkomafiya lideri El Mençonun rəhbərlik etdiyi Xalisko Yeni Nəsil Karteli (XYNQ) hökumətə ultimatum verib.

Stopnarkotik.az xəbər verir ki, kartel bildirir ki, El Mençonun girov götürülmüş oğlu "El Mençito" təhvil verilməsə, şəhər tam xaosa sürüklənəcək.

XYNQ-nin bəyanatında deyilir: "El Mençito bu gün saat 12:00-a qədər təhvil verilməsə, bütün əyalət boyu hərbi gücümüz tam təhcizatlı şəkildə hərəkətə keçəcək, şəhərin altını üstünə gətirəcəyik."

Qeyd edək ki, 22 fevralda ABŞ kəşfiyyatının dəstəyi ilə həyata keçirilən əməliyyatda El Menço öldürülüb. Əməliyyatdan sonra XYNQ şəhərdə bir sıra obyektləri və ictimai nəqliyyatı alova verib, hava limanını ələ keçirib.