ŞƏNBƏ VƏ BAZAR GÜNLƏRİ NARKOTİKLƏ ƏLAQƏDAR 49 NƏFƏR SAXLANILIB - Rəsmi

Fevralın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 116 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 53 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb.