Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev iyulun 21-də Bakıda təşkil olunacaq Mütləq Döyüş Çempionatının (UFC) turnirində iştirak edə bilər.
Stopnarkotik.az xəbər verir ki, bu barədə report-a açıqlamasında Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov məlumat verib.
O, bu məsələ ilə bağlı hələlik danışıqların davam etdiyini bildirib:
"Yarışda Rafael Fiziyev və Nazim Sadıqovdan başqa, Tofiq Musayevin də iştirakı gözlənilir. Buna 2-3 gün sonra aydınlıq gələcək. Fiziyev və Sadıqovdan Bakıda qələbə gözləyirik. Turnir Azərbaycanda keçirildiyindən onların motivasiyaları da artacaq. Hazırda hər ikisi yaxşı formadadır. Diqqət mərkəzində olduqları üçün yarışa daha yaxşı hazırlaşacaqlar".
Qeyd edək ki, “UFC Fight Night” iyulun 21-də Bakı Kristal Zalında baş tutacaq.