Təl-Əvivdə terror aktı törədildi - YARALILAR VAR

İsrailin paytaxtı Təl-Əvivdə bir nəfər avtomobili insanların üzərinə sürüb. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Yerusalem Post” məlumat yayıb.

Hücum Pinhas Rozen küçəsində baş verib. Ən azı beş nəfər yaralanıb.

Qəzetin məlumatına görə, terrorçu maşını kütlənin üzərinə sürüb, daha sonra bir nəfərin boynuna bıçaq zərbəsi endirib. Onun sözlərinə görə, hücum edən şəxs hadisə yerində olan mülki şəxs tərəfindən güllələnib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları, həkim briqadası gəlib, zərərçəkənlərə yardım göstərilir.

Hadisə nəticəsində yaralanan 46 yaşlı qadının vəziyyəti ağırdır. Daha ikisinin isə vəziyyəti orta-ağırdır.