Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Aqil Nağıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.