Tbilisidə parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, paytaxtın Rustaveli prospektinə toplanmış minlərlə nümayişçi hakim partiyanın "Xarici agentlər" qanununu qəbul etməməsini tələb edir.
Əllərində Gürcüstan və Avropa İttifaqının bayrağını tutan aksiyaçılar "Rusiya qanununa yox", "Biz Avropadayıq" kimi şüarlar səsləndirirlər. Aksiya səbəbilə parlament binasının ətrafına çox sayda polis cəlb edilib.
**18:34
Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilir.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Gürcüstanın müxtəlif qeyri-hökumət təşkilatları, siyasi partiyalar və tələbə hərəkatları hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsinə etiraz olaraq paytaxt Tbilisidə yürüş keçirir.
Minlərlə etirazçı hazırda Respublika meydanından parlament binasına doğru yürüş edir. Təşkilatçılar etiraz aksiyasının məqsədinin ölkənin azadlığının və Avropa gələcəyinin qorunması olduğunu bildirirlər.
Yürüşlə əlaqədar mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşı cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, “Gürcü Arzusu” partiyası ötən gün "xarici agentlər qanunu" kimi tanınan “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini müzakirəyə çıxarılması üçün parlamentə təqdim edib. Parlamentin aprelin 15-də layihəni nəzərdən keçirməyə başlayacağı bildirilir.