Terrorçuluğa açıq çağırışlar edən Həmzə Məmmədli barəsində məhkəmə QƏRAR VERDİ

Azərbaycanda terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən Həmzə Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il müddətində azadlıqdan məhrum olunmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Məhkəmə müşavirə edib.

Müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Həmzə Məmmədli 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.