Terrorçuları maliyyələşdirən jurnalist 17 il azadlıqdan məhrum edildi

Dağıstanın həftəlik "Çernovik" qəzetinin jurnalisti Əbdülmümin Hacıyev terrorçuları maliyyələşdirməkdə ittiham olunaraq 17 il  azadlıqdan məhrum edilib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, işə Dağıstanın Cənub Dairə Hərbi Məhkəməsində baxılıb.  

İş üzrə daha iki müttəhim müvafiq olaraq 17,5 və 18 il həbs cəzası alıb.

İstintaqın məlumatına görə, cinayətkarlar 2009-cu ildə ekstremist və terror təşkilatlarının fəaliyyətində iştirak etmək üçün radikal dini baxışa malik olan İsrail Əhmədnəbiyevlə əlbir olublar. Onlar birlikdə məscidin tikintisi və suriyalı qaçqınlara yardımın göstərilməsi üçün yetimlərə, ağır xəstələrə dəstək olmaq bəhanəsi ilə fond yaradaraq, pul toplamaq istəyiblər. Bu məqsədlə ictimai-siyasi qəzetin din şöbəsinin redaktoru olan Hacıyev oxucuları ianə verməyə çağıran məqalələr dərc edib. İnsanları manipulyasiya edərək bu işə qoşulmağa məcbur etməyə çalışıb.  Ümumilikdə təqsirləndirilən şəxs 68 milyon rus rublu ələ keçirə bilib. Bundan əlavə, fondun hesablarına 200 min dollar və 48 min türk lirəsi köçürülüb.