Terror təşkilatına qarşı əməliyyat: ONLARLA ŞƏXS TUTULDU

Türkiyədə terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yerli mətbuata açıqlama verib.

Nazir bildirilib ki, Bitlis şəhəri və 9 qəsəbədə 113 ünvanda polis əməkdaşları tərəfindən terror təşkilatının üzvlərinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində 88 nəfər saxlanılıb.

Ali Yerlikaya qeyd edib ki, sonuncu terrorçu zərərsizləşdirilənədək mübarizələrini davam etdirəcəklər.