Təbriz stadionunda Azərbaycan bayrağı qaldıran milli fəallar həbs edildi - FOTO

İranın molla rejimi stadionda Azərbaycan bayrağı qaldıran milli fəalları həbs edib.

Stopnarkotik.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, dünən Təbrizin Səhənd stadionunda “Traktor”un azarkeşləri Azərbaycan bayrağı qaldırıblar:

"Güneyli soydaşlarımızdan daxil olan məlumata görə, molla rejimi buna görə kütləvi həbslərə start verib. Oyundan sonra təhlükəsizlik qüvvələri xeyli sayda azarkeşi həbs edib. Ey fars-molla rejimi, bu həbslərlə Azərbaycan xalqının milli mücadilə əzmini qıra bilməyəcəksən!"