Tbilisidə etiraz aksiyalarında 50 nəfər saxlanıldı

Tbilisidə Rustaveli prospektində ötən gecə baş verən etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb.

Stopnarkotik.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, Onlardan ikisi qrup halında zorakılıqda iştirak ittihamı ilə saxlanılıb. Saxlanılanlardan biri 1997-ci il təvəllüdlü xarici vətəndaşdır.

DİN-in məlumatına görə, ümumilikdə etiraz aksiyaları başlayandan zorakılıq faktları ilə bağlı aparılan istintaq çərçivəsində 28 nəfər saxlanılıb.

Aksiya zamanı baş verən hadisələrlə bağlı DİN bildirib ki, müəyyən qrupların etiraz aksiyasındakı hərəkətləri zorakı xarakter alıb, aksiya iştirakçıları hüquq-mühafizə orqanları əməkdaşlarına pirotexniki vasitələrdən atəş açılıb, polislərə daş və müxtəlif əşyalar atıblar.

Bəyanatda bir polisin xəsarət aldığı qeyd olunur.