Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda uşağın qızılcadan vəfat etməsi ilə bağlı açıqlama yayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
“Yanvarın 7-də saat 12:25-də 2015-ci il təvəllüdlü Ömər Heydərov ailə üzvləri tərəfindən tibb müəssisəsinə gətirilərkən onun həkiməqədər ölüm faktı qeydə alınıb”, - deyə qurumun məlumatında bildirilir.