Tatarıstana dron hücumu: yaralılar var - VİDEO

Tatarıstanın Alabuqa xüsusi iqtisadi zonasında partlayışlar baş verib.

Məlumata görə, “Yelaz-Nefteprodukt” neft emalı zavoduna dron hücumu olub.

Şahidlərin sözlərinə görə, səhər saatlarında əraziyə iki dron düşüb, ardınca bir neçə partlayış baş verib.

Bir neçə binaya ziyan dəyib.

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov bildirib ki, müəssisələrdə texnoloji proses dayanmayıb, lakin zərərçəkənlər var. İlkin məlumata görə, altı nəfər yaralanıb.

 

Mənbə: “SHOT” “Telegram” kanalı