Tarixin ən yaşlı qatil nənəsi - Kişilərin qənimi Ata Anujka

Tarixin ən yaşlı serialı qatili kimi yüzlərlə insanı öldürən Ata Anujka haqqında eşitmisiniz?

Bu yazıda “dərman” hazırlayaraq, insanların “xəstəliklərini müalicə edən” və cadugər kimi tanınan Ata Anujka haqqında məlumat yer alır.

Belə şirin nənənin 150 nəfəri öldürə biləcəyini kim təxmin edə bilərdi?

O, iki dəfə həbs edilib, lakin sübut çatışmazlığı səbəbindən əksər ittihamlardan yayınıb. Yarım əsr “fəaliyyət göstərib”, 150-dən çox insanı öldürdüyü güman edilir. Avropanın ən qorxulu serialı qatillərindən biri Serbiyalı Ata Anujka kimi tanınan nənə idi.

Uzaq ölkələrdən insanlar dərman üçün Ata Anujkaya müraciət edirdilər.

Müalicələrinin daim təsirli olması və hətta aristokratların gündəlik xəstəliklər üçün belə ona müraciət etməsi ilə öyünürdü.

Amma kifayət qədər pul müqabilində Baba Anujka pis insanları “silmək” üçün dərman da hazırlayardı.

Onun qurbanları həmişə zəhərləndikdən sonra bir neçə gün ərzində bu dünyadan xəbərsiz gedən kişilər olub.

Əsl adı Ana Draxin olan Ata Anujka 1837-ci ildə Rumıniyada mal-qara tüccarının (alverçi) qızı olaraq anadan olub.

Ancaq uşaqlıqdan ailəsi Serbiyanın Petrovasala şəhərində yaşayırdı. 20 yaşında Avstriya əsgərindən sifilisə yoluxmuş və bir müddət tənhalıqda yaşamış, bu müddət ərzində ənənəvi tibb təhsili almışdır. O, atasının təkidi ilə 20 yaşında bir mülkədarla evləndi və bu evlilikdən 11 övladı dünyaya gəldi. Övladlarından 10-u yetkinlik yaşına çatmamış vəfat edib.

Həyat yoldaşının ölümündən sonra laboratoriya quraraq dərmanlar hazırlamağa başlayıb.

O, müştərilərə “problemlərin” ən çoxu 8 gün ərzində aradan qaldırılacağına söz verər, bir şüşə möcüzəvi dərman üçün 5 min dinar tələb edərdi.

Bəzən “yumşaldılmış” müalicə üsulu təklif edirdi ki, bu da yalnız hərbi xidmətdən yayınmaq istəyənləri “xəstələndirmək” üçün nəzərdə tutulmuşdu. Ata Anujkanın neçə nəfəri öldürdüyü dəqiq məlum deyil. Onun köməyi üçün dəfələrlə müraciət edən ailələr yarılmadan imtina etdikləri üçün zəhərlənmə ilə bağlı heç bir dəlil aşkarlanmayıb.

“Həyatımda heç vaxt zəhər görməmişəm. Mən ancaq dərmanlar hazırlamışam, onlar da tamamilə zərərsiz idi”- Ata Anujka məhkəmədəki ifadəsində belə deyib.

Amma məhkəmədə ifadə verən bir qadın Ata Anujkadan “dərman” almaq üçün 5 min dinar ödədiyini etiraf edib.

92 yaşlı Ata Anujka şahidə sillə vurub və bu zaman hakim onu ​​zəncirlə məhkəmə zalından çıxarmaqla hədələyib.

O zaman bütün bu proses ətrafında böyük bir qalmaqal var idi, Avropa və Amerika qəzetləri bütün detalları gözləyirdilər.

Ata Anujka 15 il həbs cəzasına məhkum edilsə də, cəzasını tam çəkməmiş 98 yaşında azadlığa buraxılıb.

Lakin Ata Anujkanın azadlıq həyatı uzun sürməyib. O, 100 yaşında öz evində dünyasını dəyişib.

Tarixin ən yaşlı serialı qatili kimi yadda qalıb./sfera.az