Taliban tiryək xaşxaşını əvəz etmək üçün komitə yaradıb. Belə ki, Taliban hökumətinin kənd təsərrüfatı naziri Ataulla Omarinin göstərişi ilə komitəyə Kənd Təsərrüfatı İnstitutunun rəhbəri Nusratulla Təlha başçılıq edib.
Ona inzibati komissiyanın və baş nazirin müavini Əbdül-Salam Hənəfinin mövqeyinə uyğun olaraq tiryək xaşxaşının alternativ məhsulların əkilməsi ilə əvəzlənməsi üzrə 5 illik planı tamamlamaq tapşırılıb. Plan fermerlərə dəstək və onların qanuni məhsul istehsalına stimul verir.
Stopnarkotik.az