Tacikistanda terror aktı törətmək istəyən 3 nəfər öldürüldü

Tacikistan-Əfqanıstan sərhədini pozan 3 terrorçu Tacikistan ərazisinə daxil olub və müqavimət göstərdikdə ölkənin xüsusi xidmət orqanları tərəfindən məhv edilib.

Bu barədə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü il avqustun 29-dan 30-na keçən gecə beynəlxalq terror təşkilatının 3 üzvü Dövlət Müstəqilliyi Günü ərəfəsində Tacikistan ərazisində terror aktı törətmək üçün Əfqanıstanla sərhədi qanunsuz keçərək ölkəyə daxil olublar.

Vurğulanıb ki, antiterror əməliyyatı nəticəsində terror qruplaşmasının 3 üzvü məhv edilib.