Şuşada mina partlaması nəticəsində baş verən xəsarət faktı ilə bağlı araşdırma aparılır - BAŞ PROKURORLUQ

"Dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində elektrik təsəfərrüfat sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur".

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Stopnarkotik.az-a daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.