SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bakıda bu yollar bağlandı - SƏBƏB

Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib. 

Bu barədə Stopnarkotik.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Məlumatda qeyd olunub ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində məhdudiyyət tətbiq edilib.